“Eurolux” Mağazalar Şəbəkəsi olaraq, aldığınız böyük ölçülü malların çatdırılması və quraşdırılması tərəfimizdən ödənişsiz olaraq həyata keçirilir.

Qeyd etmək istərdik ki, mağazalarımıza yaxınlaşmağınız və ya onlayn şəkildə məhsul əldə etməyinizdən asılı olmayaraq tərəfimizdən qoyulan şərtlər dəyişməz qalır. Məhsulun sizin ünvanınıza ən qısa zamanda, təhlükəsiz şəkildə çatdırılması və quraşdırılması üçün “Eurolux” ailəsi olaraq əlimizdən gələnin ən yaxşısını etməyə hər zaman hazırıq.

Sifarişini onlayn şəkildə edən müştərinin məhsul üçün ödənişinin istər nağd, istər taksit, istərsə də kredit yolu ilə həyata keçirilməsindən və məbləğindən asılı olmadan bütün Bakı şəhəri daxili çatdırılma pulsuz həyata keçirilir.

Sifarişini onlayn şəkildə edən müştərinin məhsul üçün ödənişinin istər nağd, istər taksit, istərsə də kredit yolu ilə həyata keçirilməsindən asılı olmadan* Bakı şəhəri ərazisinə çatdırılma pulsuz həyata keçirilir.

Etdiyiniz sifariş onlayn satış təmsilçisinin zəng edərək məhsulu adınıza rəsmiləşdirdiyi andan etibarən aktivləşir. Bakı şəhəri daxili etdiyiniz sifarişlər maksimum 2 iş günü ərzində qeyd etdiyiniz ünvana çatdırılır. Kampaniya müddətində sifarişlər 5 iş günü ərzində müştəriyə çatdırıla bilər.

“Eurolux” əməkdaşları müştərilərlə birbaşa əlaqə saxlayaraq uyğun zaman ərzində məhsulu ünvana gətirir. Məhsul yalnız alıcının bilavasitə iştirakı ilə yoxlanıldıqdan sonra ona təhvil verilir.

Çatdırılan məhsul onlayn alış edən müştərinin özünə və ya onun öncədən qeyd etdiyi digər bir şəxsə verilə bilər. Hissəli alış zamanı sifariş ünvana çatdırılan zaman müştəridən şəxsiyyət vəsiqəsini təqdim etməsi və eyni zamanda çatdırılma qəbzini (onlayn kredit olduğu halda müqaviləni) imzalaması tələb olunur.

Çatdırılma xidmətimiz həftənin 6 günü saat 09:00- 18:00 aralığında fəaliyyət göstərir.

*100 AZN-dək olan məhsulların çatdırılma rüsumu 3 AZN-dir.

“Eurolux” tərəfindən ödənişsiz olaraq həyata keçirilən quraşdırılma prosesi Bakı şəhərində keçərlidir.

Paltaryuyan və qabyuyanların quraşdırılması Bakı şəhəri daxilində çatdırılmadan sonrakı 3 gün ərzində həyata keçirilir.

Kondisionerlərin quraşdırılması Bakı şəhəri daxilində çatdırılmadan sonrakı 3 gün ərzində yerinə yetirilir. Yay fəslində bu müddət 5 gün də təşkil edə bilər.

Paltaryuyan və qabyuyanlar üçün quraşdırılmadan öncə, müştəri tərəfindən elektrik xətti və yuvası, həmçinin, su xətti, xüsusi arko tipli kran və çirkab sular üçün xüsusi xətt təmin edilməlidir.

Kondisionerlər üçün standart quraşdırılmaya daxildir: 2 metrədək mis borular, izolyasiya və elektrik xətti, həmçinin, xarici blok üçün kronşteyn. Məsafə 2 metrdən çox olarsa, müştəri hər metrə görə əlavə ödəniş etməlidir. Bundan başqa standart quraşdırılma zamanı divarda boru üçün bir dəlik açılır, əlavə dəliyin açılması ödənişlidir. Dəliyin açılması daş və kərpic divarda 1 metrədək, beton divarda isə  ödənişlidir. Qeyd edək ki, quraşdırılma zamanı qaldırıcı kran və ya digər xüsusi avadanlıq ehtiyacı yaranarsa bu, müştəri tərəfindən təmin edilməli və ya əlavə ödəniş olunmalıdır.

Quraşdırılmalar həftənin bütün günləri saat 10:00-dan 18:00-dək aralığında həyata keçirilir.

“Eurolux” mağazalarından əldə etdiyiniz məhsulu alınma günü nəzərə alınmamaq şərti ilə, 14 təqvim günü ərzində dəyişdirə və ya qaytara bilərsiniz. Məhsul istifadə edilməyibsə, əmtəə görünüşü pozulmayıbsa, komplektasiyası tamdırsa və satış qəbzi mövcuddursa, geri qaytarılması mümkündür.

Bəli, sifarişinizi ləğv etmək istədiyiniz zaman *3388 Çağrı Mərkəzinə zəng edə və yaxud https://wa.me/994773583388 rəsmi WhatsApp nömrəmizə yaza bilərsiniz. Həmçinin, rəsmi “Eurolux Azerbaijan” Facebook və Eurolux.Azerbaijan Instagram səhifələrimizdə mesaj bölməsində bizə yazaraq müraciət etməyiniz də mümkündür.

Eurolux mağazalar şəbəkəsinin rəsmi filiallarında alış-veriş zamanı siz, BirKart, Tamkart, Albalı və Worldcard taksit kartlarınız ilə İLKİN ÖDƏNİŞSİZ, FAİZSİZ və KOMİSSİYASIZ 18 ayadək faizsiz ödəmə edə bilərəsiniz.

Eurolux mağazalar şəbəkəsindən alış zamanı hissə hissə ödənişlə 24 ayadək kreditlə məhsul əldə edə bilərsiniz.

Kredit şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirilir, lakin kreditin ayrılmasını təsdiqləmək üçün kredit mütəxəssisi tərəfindən rəsmi iş yerindən arayış və ya gəlirinizi təsdiq edən sənəd tələb olunur.

Rəsmi iş yeri olmadıqda, gəlirlərlə bağlı çıxarış, təqaüd kartı və ya VÖEN çıxarışını təqdim etməklə kredit şərtlərimizdən yararlanmaq mümkündür.