Malların qaytarılması

Veb-sayt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq fəaliyyət göstərir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq, qüsurlu malı zəmanət müddəti ərzində, həmçinin, sözügedən qanunun 15-ci maddəsinə əsasən keyfiyyətli malı, alındığı günü nəzərə almadan 14 gün ərzində qaytara və ya dəyişdirə bilərsiniz:

Geri qaytarma səbəbi: Qüsurlu mal(İstehsalçı qüsuru)

Məhsulun yoxlanması qaydalara əsasən mağazada texniki ekspert tərəfindən həyata keçirilir. Qüsur yerində təsdiqlənə bilərsə, təsdiqlənmə prosesindən sonra məhsul yenisi ilə əvəz olunur, yaxud məbləğ geri qaytarılır. Qüsuru yerində təsdiqləmək mümkün deyilsə, məhsul servisə göndərilir.

Geri qaytarma səbəbi: Digər

Məhsul istifadə olunmayıbsa və əmtəə görünüşü pozulmayıbsa, bu halda geri qaytarılma həyata keçirilə bilər. Bunun üçün öncə mağazada texniki ekspert tərəfindən ilkin yoxlama həyata keçirilir.

Qeyd 1: Gigiyenik məhsullar hermetik qablaşdırmadadırsa və qablaşdırma pozulmayıbsa, məhsulun qaytarılması mümkündür. Hermetik qablaşdırmada olmayan gigiyenik məhsulların qaytarılması isə heç bir halda mümkün deyil.

Qeyd 2:  Məhsul geri qaytarma şərtlərinə uyğun olmadığı və qüsursuz olduğu təqdirdə, outlet mağazada dəyərləndirilə bilər.

Əlavə şərtlər:

Əgər məhsul nağdsız ödəniş yolu ilə alınıbsa, mağaza müştərisi alıcı olan banka geri qaytarma sorğusu göndərir. Məbləğ bank tərəfindən 14 təqvim günü ərzində qaytarılır. 

Qaytarılma və dəyişdirilmə şərtləri ilə bağlı hər hansı sualınız varsa, Canlı çat, Sosial Media, *3388; Çağrı Mərkəzi,  +994 77 358 33 88  WhatsApp nömrəsi və yaxud sizə ən yaxın Eurolux mağazasına yaxınlaşaraq bildirə bilərsiniz.